Almaniyada koronavirus aşkarlanıb

13:10 28.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Bavariya əyalətinin Səhiyyə Nazirliyi açıqlama verib. SİA xəbər verir ki, Starnberg bölgəsində 1 nəfərin yeni dəhşətli virus olan koronavirusa yoluxduğu bildirilib.

Vilayətin Səhiyyə və Qida İdarəsində yaradılan işçi qrupu virusa yoluxan şəxsin xəstəxanada vəziyyətinin yaxşı olduğunu və karantinə alınaraq nəzarət edildiyi barədə məlumat paylaşılıb.

Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı 4min515 nəfərə, ölənlərin sayı 106-ya çatıb.

Oxunma sayı 124