Altıotaqlı ev yanıb

11:50 23.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda 6 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin dam örtüyünün, bir otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.