AMB depozit hərracında 200 mln. manat cəlb edib

14:26 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən hafta.az-a verilən məlumata görə, iyunun 1-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 716,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.
Nəticədə, hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.

Oxunma sayı 1383