Amerikalı teleaparıcı təyyarə qəzasında həlak olub

10:53 18.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Orleanın yerli xəbərlər aparıcısı Nensi Parker təyyarə qəzası nəticəsində həlak olub. Bu barədə NBC telekanalı məlumat yayıb.

Hafta.az RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə 53 yaşlı Parkerin mürəkkəb tryuklar etmiş pilot haqqında reportaj hazırladığı zaman baş verib.

Jurnalistlə yanaşı, reportajın qəhrəmanı da həlak olub.