Amulsar olayı xarici sərmayəçilərin Ermənistana inamını daha da sarsıdıb

11:33 20.08.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda artıq bir neçə gündür ki, Amulsar qızıl yataqları ətrafındakı gərgin vəziyyət səngimək bilmir. Hökumət xarici şirkətlərə qızıl yatağının işlənilməsi ilə bağlı razılıq versə də, ətrafda yaşayan insanlar bu qərara etiraz edirlər. Bununla bağlı hətta bir neçə dəfə aksiya da keçirilib.

Əslində məsələnin mahiyyəti Ermənistan üçün daha da acınacaqlıdır. Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldiyi dövrdə ölkəyə xarici investisiyaların cəlb ediləcəyinə, iqtisadiyyatın inkişaf etdirələcəyinə söz vermişdi. Amulsar qızıl yataqlarının işlənilməsi ilə bağlı qərar da bu istiqamətdə ən uğurlu addımlardan biri kimi piar kampaniyasında istifadə olunurdu. Lakin vəziyyət Paşinyanın əleyhinə çeıvrilməkdə davam edir. Bunu onun tərəfdarları da etiraf edirlər.  

 Hafta.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, hakim "Mənim addımım" blokunun deputatı Babken Tunyan olaylara münasibətini açıqlayıb. Onun sözlərinə görə, əgər qızıl yataqlarının işlənilməsinin fəsadları ilə bağlı iddiaların heç bir əsası yoxdursa, buna maneə yaradılmamalıdır: "Lidian" şirkətinin ekspertlərinin yekun rəyində də deyilir ki, mövcud risklər idarə oluna biləxək səviyyədədir. Amulsar qızıl yataqları ilə bağlı istifadə icazəsinin geri alınması Ermənistanda bütün mədən sənayesi ilə bağlı icazələrin ləğvi anlamına gəlir. Biz buna hazırıqmı?  Onsuz da vəziyyət daha pisdir. Amulsar qızıl yataqları ilə bağlı vəziyyət potensial sərmayəçilər üçün çox pis siqnaldır. Bu investorlar üçün sərmayə qoyulacağı halda nələrin yaşana biləcəyini göstərən bir amildir. Onlar üçün Ermənistanı Sarkisyan, Paşinyan və Koçaryanın  idarə etməsinin əhəmiyyəti yoxdur. Sərmayəçilər üçün mədənlərin işlənilməsinə icazə və zəmanət verən Ermənistan dövləti əsasdır. Artıq bir neçə milyon dollar dəyərində layihələrin reallaşdırıldığı bir mədənə verilən icazənin geri alınması istənilən sərmayə qoyulan layihələrin eyni aqibətlə üzləşə biləcəyi ehtimalını gücləndirir. Bu faktiki olaraq həmin sərmayələrin itirilməsi anlamına gəlir".

Qeyd edək ki, uzun müddət Paşinyanın Ermənistana investisiya yatırılması ilə bağlı çağırışları cavabsız qalmışdı. Sərmayəçilər ölkədə vəziyyətin sabitləşməsini gözləyirdilər. İndi isə Amulsar qızıl yataqları ətrafındakı olaylar onsuz da Ermənistana sərmayə yatırmaqda könülsüz olan investorların ölkədən qaçışını daha da sürətləndirəcəyi ehtimal edilir.

 

Siyasət rubrikasından digər xəbərlər