Ana və 2 əkiz övladı dəm qazından zəhərləndi

10:37 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 30-da baş verib.

Məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.