Ananın diri-diri basdırdığı körpəni it tapıb xilas etdi -GÜNÜN TƏZADLARI 

20:35 20.05.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tailandda ürəkparçalayan və qeyri-insani olay baş verdi. Hafta.az-ın “BBC”yə istinadla verdiyi xəbərə görə, hadisə ölkənin şimalındakı Ban Nong Xam kəndində baş verib. Məlumatda deyilir ki, 15 yaşlı ana hamiləliyi və daha sonra dünyaya uşaq gətirdiyini valideynlərindən gizlətmək istəyirmiş. Ping Pong adlı it yeri qazımağa başlayandan sonra onun sahibi üzə çıxan uşaq ayağını görüb. Körpə xəstəxanaya yerləşdirilib və həkimlər onun sağlamlığına təhlükə olmadığını deyirlər.


Bakıda iri dükanı olan iş adamı evində girov götürüldü

Türkiyədə məşhur iş adamı "Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edildi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, iş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb. Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar. İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib. Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub. Qeyd edək ki, "Sarar”ın mağazalar zəncirinin Bakıda da mağazası var.


Qadın keçi ilə supermarketə girdi

Qadın alıcılardan biri keçisi ilə birgə alış-veriş etdi. Hafta.az-ın Moderator.az-a istinadla verdiyi xəbərdə deyilir ki, Moskva yaxınlığında yerləşən Pavlovskiy Posad şəhərində bir qadın “Pyateroçka” supermarketinə qara keçi ilə girib. Məlumata görə, ərzaqları seçərkən heyvanı yerli yaşlı qadın müşayiət edib. "Qadın çörək şöbəsində olarkən, keçi fəal şəkildə qəlyanaltıları və qeyri-spirtli pivəni iyləməklə məşğul olub”. Şahidlərdən biri zarafat edib ki, yəqin keçi "endirim kampaniyasına gəlib".Ticarət şəbəkəsinin rəsmi nümayəndəsi, öz növbəsində, qadına bildirib ki, qaydalara görə, təqaüdçü qadın keçini küçədə qoymalı idi. "Girişdə yalnız itlərin içəri girməsini qadağan edən şəkil qoyulsa da, bu bütün heyvanlara aiddir” - deyib. İcazə yalnız görməyən bələdçi itlərə verilir...


Bakıda 25 yaşlı gənc bahalı avtomobili ilə birgə itdi

Bakı sakini itkin düşdü. Hafta.az yazır ki, ONA-nın məlumatına görə, mayın 18-də Zabrat qəsəbəsində yaşayan Şərifova Əntiqə Təyyar qızı ərazi üzrə polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu, 1994-cü il təvəllüdlü Mazanlı Tərxan Rahid oğlu mayın 14-də saat 15:00-da özünə məxsus “Wolskwagen Passat” markalı, 50-DJ-445 dövlət nömrə nişanlı avtomobillə yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Sabunçu rayon polis idarəsi tərəfindən araşdırma aparılır.


Türkiyədə yeraltı şəhər tapıldı

Türkiyənin ən vacib mədəniyyət və turizm mərkəzlərindən biri olan Kapadokyada köhnə bir evin altında qədim yeraltı şəhərin girişi tapıldı. Hafta.az yazır ki, bu haqda AZƏRTAC xəbər verib. Türkiyənin Nevşehir şəhərinin Derinkuyu rayonunda tapılan yeraltı şəhərin uzun bir dəhlizdən sonra sağa və sola ayrıldığı və bir neçə girişinin olduğu bildirilir. Hələ ki, tarixin hansı dövrünə aid olduğu bilinməyən tapıntının öyrənilməsi istiqamətində işlər aparılır.


“Oskar” mükafatçısı attestatını 31 il sonra aldı

"Dallas alıcılar klubu" filmindəki roluna görə Oskar və "Qızıl Qlobus" mükafatlarına layiq görülən amerikalı aktyor Mettyu Makkonahi buraxılışdan 31 il sonra orta məktəbi bitirmək haqqında attestat aldı. Hafta.az yazır ki, bu haqda "Report" xəbər yayıb. Məktəbi 1988-ci ildə bitirən aktyor cümə günü orta təhsil müəssisəsinə gələrək, bu il məzun olan şagirdlər qarşısında çıxış edib. Daha sonra ona attestat təqdim olunub.


İdmançı yarış zamanı öldü

Moskva yarımmarafonunun iştirakçısı Vldimir Korçevski qaçış zamanı öldü. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Telegram-канал 112” məlumat yayıb. 51 yaşlı idmançı Lujnetski sahil yolu ilə qaçarkən halı pisləşib və yıxılıb. Tibb işçilərinin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Moskva yarımmarfonu altıq 6 ildir müntəzəm olaraq təşkil edilir.