“Anara "yox" demərəm”- Xalq yazıçısı

12:56 12.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Yazıçılar Birliyində Etika Komissiyası yaradılıb.  Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin növbəti toplantısı keçirilib. Öncə toplantının gündəliyi müzakirə edilib. İdarə Heyətinin, Ağsaqqallar Şurasının, Gənclər Şurasının tərkibinə əlavə və dəyişikliyin edilməsi, Etika Komissiyasının yaradılması məsələləri gündəliyə salınıb.

Toplantıda son zamanlar ayrı-ayrı şəxslərin Azərbaycan Yazıçılar Birliyinə, klassik yazıçılara qarşı təhqiramiz ifadələr işlətməsi, irəli sürülən əsassız ittihamların araşdırılması, Birliyin Nizamnaməsindən irəli gələn qaydalara riayət etməyən üzvlərin müəyyən olunması məqsədilə Etika Komissiyasının yaradılması təklif edilib. Qərara alınıb ki, komissiya yuxarıda qeyd edilmiş məsələlərlə bağlı Yazıçılar Birliyinin Katibliyinə və Ağsaqqallar Şurasına öz təkliflərini verir və təkliflər bu heyətin qərarıyla icra olunur. Etika Komissiyasının sədirliyinə Xalq yazıçısı Mövlud Süleymanlının namizədliyi təklif olunub.

Hafta.az-a danışan xalq yazıçısı Mövlüd Süleymanlı bu xəbəri eşitmədiyini dedi:

“Bu xəbəri hələ sizdən eşdirəm. Nə zamansa Anar müəllim tərəfindən təklif olmuşdu. Bu iş vəzifə olaraq başlanğıc kimi bir şeydir. Yazı da, mədəniyyət, əxlaq da, əxlaqsızlıq da də onun içindədir. Yazıdan da ötə bir şeydir. Etika, tərbiyə hamınındır. Anar mənə təklif etmişdi. Ancaq mən çox məşğul adamam. Bunu çox ciddi bir iş hesab edirəm. Gənc yazarların yaşlı yazarlara belə atmacalı irad bildirmələri öz valideynlərindən aldıqları tərbiyyə ilə bağlıdır. Bu zaman-zaman olub. Mənə qədər də, mənim vaxtımda da olub. Bu olacaq. Bizi min illər boyu saxlayan tərbiyədir. Mənə icazə verin yaşayım. Yaşıkeçmiş adamam. Anar müəllimə çox böyük hörmətim var. Onlar seçilmiş adamlardır.  Yox deməyəcəm, Anara yox demərəm”.