Anasını smartfona görə öldürən oğul 17 illik həbsə göndərildi

18:36 22.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə ittiham olunan Eldar Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə görə, Eldar Müslümov 17 il müddətinə azadlıqdan məhrum edilib.

 Qeyd edək ki, hadisə bu il fevralın 18-də Nərimanov rayonu ərazisində baş verib. Mənzildə 66 yaşlı anası ilə mübahisə edən Eldar Müslümov münaqişə zamanı stulla Nailə Müslümovanın  sinəsinə vurub. Başı divara dəyən qadın yerə  yıxılıb.

Hadisədən sonra E.Müslümov mənzilin qapısını bağlayaraq qaçıb. O, bir sutka ərzində evdə gəlməyib. Ertəsi gün evlərinə qayıdıb. Anasının yaşadığını düşünərək təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü təsdiq ediblər. Məlum olub ki, ana ilə oğul arasında münaqişə smartfon telefon üstündə düşüb. E.Müslümov smartfon telefon almaq üçün anasından pul istəyib. Anası isə pul verməkdən imtina edib. Qəzəblənən oğul anasına əl qaldırıb, ona hücum çəkib.

Məhkəmə prosesində E.Müslümov əməlindən peşman olduğunu, belə bir hadisə törətdiyini xatırlamadığını deyib. Onun epilepsiyadan və psixi pozuntulardan əziyyət çəkdiyi məlum olub.