Andrea Pirlo “Yuventus”un yeni baş məqçisi təyin olunub

23:16 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın “Yuventus” klubunun yeni baş məqşçisinin adı açıqlanıb.

Hafta.az klubun rəsmi saytına istinadla xəbər verir ki, istefaya göndərilən Maurissio Sarrinin yerinə “Yuventus”un sabiq futbolçusu Andre Pirlo gətirilib. Qırx bir yaşlı mütəxəssis Turin klubu ilə ikiillik müqavilə imzalayıb.

İtaliyanın əfsanəvi futbolçusu 2011-2015-ci illərdə “Yuventus”un şərəfini qoruyub.

M.Sarri "Yuventus"a 2019-cu il iyunun 16-dan rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda ardıcıl 9-cu mövsüm İtaliya çempionluğu əldə edib. Lakin ölkə kubokunun finalında "Qoca Sinyora" "Napoli"yə uduzub. Həmçinin klub avqustun 7-də UEFA Çempionlar Liqasında Fransanın “Lion” klubuna iki oyunun nəticəsinə əsasən (2:1, 0:1) məğlub olaraq mübarizəni dayandırıb.

Oxunma sayı 2491