Angela Merkel karantindən çıxdı

16:00 03.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Angela Merkel özünütəcriddən çıxaraq iş yerinə qayıdıb.

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

Bundan əvvəl A.Merkel koronavirusla bağlı bir neçə dəfə test verib və onların hamısının cavabı mənfi olub.

Xatırladaq ki, kansler ona pnevmokok əleyhinə peyvənd vuran həkimin koronavirusa yoluxmasından sonra ev karantininə qapanmağa qərar vermişdi. O, evindən işləyir və video əlaqələr qururdu.

Oxunma sayı 149