Fransa azərbaycanlıları festivala qatılacaqlar

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycan Fransa Gənclik Assosiasiyası oktyabrın 20-23-də Fransanın Savua regionunun Albertvil şəhərində keçiriləcək onuncu “Le Grand Bivouac“ beynəlxalq festivalında iştirak edəcək. Bu barədə çərşənbə “Həftə içi“nə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Dünyaya “səyahət“ məqsədi daşıyan və müxtəlif mədəniyyətlərin, adət-ənənələrin paylaşıldığı festivalda üç gün ərzində 70-ə yaxın tədbirin - konfransların, debatların, sərgilərin, təqdimatların, tamaşa və animasiyaların təşkili nəzərdə tutulub. Sözügedən festivalda Azərbaycanı Paris VIII Universitetinin tələbəsi Vüsalə Məmmədzadə, Paris X Universitetinin tələbəsi Kəmalə Gülməmmədova, Dauphine Universitetinin tələbəsi Fidan Əhmədova və Angers Universitetinin tələbəsi Könül Rəfiyeva təmsil edəcəklər. İştirakçılar “Turacı“, “Nəlbəki“, “Tərəkəmə“ rəqslərini ifa edəcəklər.