AQTA İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı işçi qrupu yaradıb

16:14 19.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İsmayıllı rayonunda baş verən zəhərlənmə ilə bağlı işçi qrupu yaradılıb.

Agentlikdən hafta.az-a bildirilib ki, 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında AQTA-nın mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.

Sosial rubrikasından digər xəbərlər