Araz Ağalarovun qardaşı qızının evi qarət olundu

13:46 22.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Crocus Group"un prezidenti Araz Ağalarovun qardaşı qızı, iş xanımı Səbinə Ağalarovanın Rusiyanın Moskva şəhərindəki evi qarət olunub.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, iş xanımı polisə müraciət edərək şəhərin Leninsk prospektində yerləşən mənzilindən külli miqdarda pulun oğurlandığını bildirib.

Evini avqustun 9-da tərk edən Səbinə ora yalnız 10 gün sonra dönüb. Seyfini yoxlamayan Ağalarova daha sonra oradan 25 min dolların, eləcə də 2 ədəd xəz paltonun yoxa çıxdığını görüb. Oğrular ev sahibəsinin qiymətli bəzək əşyalarına toxunmayıb. 

S. Ağalarova öz əməkdaşlarından və mühafizəçisindən şübhələnir.