Argentinalı futbolçu karyerasını bitirib

10:35 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Argentina millisinin sabiq futbolçusu Esekyel Lavessi karyerasını başa vurub.

Hafta.az-ın xarici mətbuata istinadən məlumatına görə, 34 yaşlı hücumçu bu barədə "Instagram" səhifəsində yazıb. Onun sonuncu klubu Çin təmsilçisi "Hebey Çayna Forçun" olub.

Qeyd edək ki, Lavessi karyerası ərzində vətənində "Estudiantes"lə "San Lorenso"nun, eləcə də İtaliyanın "Napoli" və Fransanın PSJ klublarında çıxış edib.

O, 2008-ci ildə Argentina millisi ilə Yay Olimpiya Oyunlarının qalibi adını qazanıb.

Oxunma sayı 30