Argentinanı dünya çempionu edən məşqçi koronavirusa yoluxub

22:18 27.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Argentinalı sabiq futbolçu və məşqçi Karlos Bilardo koronavirusa yoluxub.
 
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib.
 
Qocalar evində yaşayan 82 yaşlı Bilardonun orda virusa yoluxduğu bildirilir. Sabiq mütəxəssisin özünü yaxşı hiss etdiyi qeyd olunub.
 
Bilardo 2003-2004-cü illərdə “Estudiantes”i çalışdırdıqdan sonra heç bir komandada işləməyib. Argentina yığması sonuncu dəfə dünya çempionluğunu məhz bu məşqçinin rəhbərliyi altında bayram edib.
Oxunma sayı 6553