Arif Hüseynovun “Kitab Qrafikası” adlı fərdi sərgisi keçirilib

15:49 31.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Azərkitab-Kitab Mərkəzi”ndə Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş Xalq Rəssamı Arif Hüseynovun “Kitab Qrafikası” adlı fərdi sərgisi keçirilib.

Hafta.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Azərkitab-Kitab Mərkəzi”nin təşəbbüsü ilə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş Xalq Rəssamı Arif Hüseynov “Kitab Qrafikası” fərdi sərgisi və “ Arif Hüseynov-Qrafika” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin layihə rəhbəri Sabir Həsənov qədim dövlərdən başlayaraq xalqımızın qürurdoğurucu tarixini şərəfləndirən və onu dünyada məhşurlaşdıran kitab mədəniyyətimizi zamanın sınağından çıxarmaqla bu günə daşımağımız əlavə təsdiqə ehtiyacı olmayan fakt olduğunu vurğuladı. Azərkitab Kitab Mərkəzi və onun ayrılmaz tərkib hissəsi olan Kitab qrafikası qalereyası bu yöndə müxtəlif məzmunlu nəşrlərin estetikasına əlavə çalar qatan təsviri sənət əsərlərinin təqdimatını və təbliğini özünün önəmli vəzifələrindən hesab edir. “Kitab qrafikası qalereyası” nın yeni məkanda fəaliyyətinin görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynovun sərgisinin təşkili ilə davam etdirməsi də təsadüfi deyildir.


Fərdi sərgisi keçirilən Xalq rəssamı Arif Hüseynov çıxış edərkən kitabın insan həyatında məktəb rolunu oynaya biləcək dərəcədə əhəmiyyətini mətnini illüstrasya etdiyim hər kitabla baş-başa qalanda dərindən hiss etdiyini qeyd etdi:

"Göyərçinlə əməkdaşlığa başlayandan sonra ədəbiyyata münasibətim gündən-günə güclənən sevgiyə çevrilmişdir. Hər bir mətnin mahiyyətinə, müəllifin sənət qayəsinə dərindən nüfuz etməklə, oxucuya onun oxuduqlarını duymaqda yardımçı ola biləcək ilüstrasiyalar etmək mümkündür. Bu mənada mənim yaradıcılığımda Rəsul Rza, M.Ə.Sabir və İmadəddin Nəsimiyə münasibətimdə rəmzi ifadə və düşündürücülük daha qabarıq duyulduğunu vurğuladı".