Arif Rəhimzadə “parlamentin buraxılması” ifadəsinə etiraz etdi

14:51 02.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, “krizis” yaranıb?..”.

“Həftə içi”nin Milli Məclisdəki əməkdaşının verdiyi məlumata görə, bu sualı parlamentin bugünkü iclasında komitə sədri Arif Rəhimzadə səsləndirib.

Parlamentin buraxılması ilə bağlı Milli Məclisin Prezidentə müraciəti səsləndikdən  sonra israrla söz istəyən deputata spiker Oqtay Əsədov söz verib.

A.Rəhimzadə Yeni Azərbaycan Partiyasının bəhs edilən qərarında əksini tapan bəzi məqamlara etiraz edib: 

“Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, “krizis” yaranıb? Bir tərəfdən deyirsiniz ki, sosial şəbəkələrdə ədalətsiz fikirlər yayılır, digər tərəfdən, özümüz belə müraciət qəbul edirik. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, gəlin bunu buraxaq. Buraxaq yox, yazmalıyıq ki, növbədənkənar seçkilərə gedək”.

“Görünür, siz əvvəlki çıxışları dinləməmisiniz. Heç kəs deməyib ki, bacarmamışıq. Əks təqdirdə parlament 1700 qərar və qanun qəbul edə bilərdimi?” –deyə Oqtay Əsədov  komitə sədrinin iradını qəbul etməyib.

Siyasət rubrikasından digər xəbərlər