“Arsenal” yeni mövsümdə ilk titulunu qazanıb

22:50 29.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə İngiltərə Super kuboku uğrunda görüş keçirilib.

Hafta.az xəbər verir ki, qarşılaşmada Premyer Liqanın qalibi “Liverpul” və ölkə kubokunun qalibi “Arsenal” üz-üzə gəliblər.

Oyunun əsas vaxtı 1-1 hesablı bərabərliklə bitib. Nəticədə komandalar 11 metrlik penaltilərlə qalibi müəyyən etməli olublar. Bu seriyada daha dəqiq olan “Arsenal” tarixində 16-ci dəfə İngiltərə Super kubokunun qalibi adını qazanıb.

Oxunma sayı 5147