ASALA-nın terrorçusu qəzada ölüb

12:20 11.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Erməni terror təşkilatı ASALA-nın üzvü Abraam Tovmasyan Livanda avtomobil qəzasında ölüb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ASALA xəbər yayıb.

Terror təşkilatı bəyanatında bildirib ki, bu hadisədən bir müddət əvvəl daha bir terrorçu Akob Taqlyan ölüb.

Qeyd edək ki, A.Tovmasyan ASALA-ya 1980-ci illərin əvvəllərində qoşulub və Avropada ASALA-nın terrorçu bazalarından birində təlim keçib.

O,1983-cü il yanvarın 22-də Parisdə “Turkish Airlines”ın ofisinə qrup şəklində hücumda iştirak edib.

Oxunma sayı 8043