Əbülfəs Qarayev Rusiyanın mədəniyyət naziri və TÜRKSOY-un baş katibi ilə görüşüb

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Mədəniyyət və turizm naziri Əbulfəs Qarayev Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev və TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüş keçirib. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, nazir Ə. Qarayevin rusiyalı həmkarı ilə görüşü zamanı mədəniyyətin ikitərəfli əlaqələrdə xüsusi çəkiyə malik olduğu vurğulanıb və Rusiya ilə Azərbaycan arasında mədəni təmasların yüksələn xətlə inkişaf etməsinin cəmiyyətlər arasında möhkəm bağlar yaratdığı qeyd olunub. TÜRKSOY-un baş katibi D. Kaseinovla görüş zamanı türk mədəniyyətinin təşviq olunmasında görülən işlər, təşkilatın hazırkı mövqeyi və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.