Abdulbari Gözəl Türkiyəyə gedir

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

Rəcəb Tayyib Ərdoğanın istəyi belədir

Azərbaycanda ən böyük holdinqlərdən olan “Azərsun Holdinqin“ sahibi Abdulbari Gözəl ölkəsi Türkiyəyə dönməyə hazırlaşır. Məlumatlı mənbələrdən “Həftə içi“nə verilən məlumatlara görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsində terrorizmin qarşısının alınması üçün iqtisadi və sosial inkişaf proqramına uyğun olaraq, Türkiyənin Qars, İqdır, Ərzurum, Ardahan və digər illərində yeni iş yerlərinin açılması üçün xarici ölkələrdə böyük sərmayələr həyata keçirərək müxtəlif sahələrdə lider olan iş adamlarını bu bölgələrə sərmayə qoymağa çağırıb. Məlumatlara görə, Ərdoğanla Gözəl arasında bu məsələ ilə bağlı olan görüşmədə, “Azərsun“ sahibi buna razılıq verib və qeyd olunan ərazilərə sərmayə qoymağa razılaşıb. Məlumatlara görə, əsasən İqdır, Qars, Ardahan, Ərzurum ərazilərində klnsermiləşdirilmiş kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, digər gündəlik tələbat mallarının istehsalı ilə bağlı fabriklər qurmaq niyyətindədir.
Nahid Canbaxışlı