Azərbaycanda 2100 qətl hadisəsi baş verib

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
BMT-in Narkotik və Cinayətlər üzrə Agentliyi (UNODC) dünyadakı qətllərə dair illik hesabatını açıqlayıb. Sənəddə ötən il bütün dünyada 468 min qətl hadisəsinin baş verdiyi və bunun böyük hissəsinin Latın Amerikası və Afrikanın payına düşdüyü qeyd olunur. Hesabata görə, Azərbaycanda ötən il 2100 qətl hadisəsi baş verib. Azərbaycanda baş verən qətllərin təqribən 20 faizi odlu silahla törədilib. Bununla belə hesabatda son illər Azərbaycanda cinayatkarlığın fəallıq dərəcəsində kəskin yüksəlişlərin müşahidə edilmədiyi əks olunub. Qətl qurbanlarının 77.5 faizi kişilər ( 30-44 yaşlı şəxslər), 22.5 faizi isə qadınlardır. Hesabata görə, il ərzində Bakıda daha çox qətl törədilir. Hesabatdan habelə aydın olur ki, əhalisi Azərbaycandan az olan Ermənistanda ötən il daha çox - 2800 qətl hadisəsi baş verib.
Təbriz Vəfalı