ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib

10:14 30.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 29-da ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi iclas keçirib.

Hafta.az-ın məlumatına görə, iclasda ATƏT-ə 57 üzv dövlətin nümayəndələri iştirak edib.

İclası açan Daimi Şuranın sədri səfir İqli Həsəni toqquşmaların davam etməsi və təmas xəttindəki vəziyyətin pisləşməsindən narahatlığını bir daha bildirib. Artan itki saylarından narahat olan sədr təcili olaraq vəziyyəti sabitləşdirmək çağırışını təkrarlayıb, ölənlərin və yaralananların ailələrinə və yaxınlarına başsağlığı verib.

Minsk Qrupunun həmsədr ölkələri - Fransa, Rusiya və ABŞ nümayəndələri həmsədrlərin bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmaq və münaqişənin davamlı həll yolunu tapmaq üçün danışıqları bərpa etmək barədə çağırışlarını bir daha təsdiqləyiblər.

Oxunma sayı 393
Siyasət rubrikasından digər xəbərlər