Kəlbəcərlilər müstəqilliyin 20 illyini qeyd edib

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycanın dövlət müstəqilliyinin 20 illik yubiley tədbirləri ölkənin bütün regionlarında qeyd olunur. Belə tədbirlərdən biri də Gəncə şəhərində yerləşən və fəaliyyət göstərən Kəlbəcər Rayon İcra Hakimiyyətində təşkil olunub. Tədbirdə müstəqilliyin 20 illiyi münasibətilə təşkil olunan ayrı-ayrı təhsil ocaqlarında inşa müsabiqələri, dama, futbol yarışlarının qaliblər mükafatlandırılıb. Daha sonra Kəlbəcərdən olan məcbiru köckünlərin bir hissəsinin məskunlaşdığı və icra orqanlarının yerləşdiyi qərargahda, Aşıq Şəmşir adına Mədəniyyət Evində daha böyük canlanma hiss olunub. İdarə, müəssisə, hüquq-mühafizə orqanları və rayon ziyalılıarının da iştirak etdiyi tədbirdə respublika müstəqilliyinin 20 illiyi böyük təntənə ilə qeyd edilib. Tədbir iştirakçıları ilk olaraq, rayon icra hakimiyyətinin qarşısına toplaşaraq, meydanda olan ümummilli lider Heydər Əliyevin abidəsin ziyarət ediblər. Sonra iştirakçılar Kəlbəcərli şəhidlərin uyuduğu qəbirstanlığa gələrək torpaqların müdafiəsi və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının məzarlarını ziyarət ediblər. Dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı iştirakçıları salamlayan Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov çıxışında müstəqilliyin qorunub saxlanılmasında və müstəqilliyin 20 illiyinin qeyd olunmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən söz açıb. Azərbaycanın ötən dövr ərzindəki tarixinə nəzər salan natiq hazırkı inkişafın, qaçqın və məcburi köçkünlərə daim göstərilən dövlət qayğısının ümummilli lider tərəfindən həyat keçirilən siyasətin nəticəsi olduğunu bildirib. İcra başçısı həmçinin son illər soydaşlarımızın sosial problemlərinin həlli, mənzil-məişət problemlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərdən də danışıb. Qeyd edib ki, prezident İlham Əliyevin qayğısı ilə Yevlax, Qəbələ, Goranboy rayonlarında Kəlbəcərlilər üçün hər cür infrastruktura malik qəsəbıələr və hündürmərtəbəli evlər tikilərək istifadəyə verilib: “Hər üç məntəqədə açılış mərasimində ölkə başçısının şəxsən iştirakı ilə keçirilən tədbirdə yurd-yuvasından uzaq düşən insanlarla görüşərək, onların qarşısında çıxış edib. Ali baş komandanla görüşdən sonra vətəndaşlarda doğma yurdlarına qayıdacaqları ümidi birə on qat artıb. Onlar görüşdən sonra əmin olublar ki, həmin gün uzaqda deyil“. Tədbirdə o da qeyd olunub ki, bu il Kəlbəcərlilər üçün iki qat bayramdır. Belə ki, Kəlbəcər təhsilini şərəflə qoruyan bu ilki məzunlardan 268 nəfəri ali təhsil ocaqlarına qəbul olunublar. Daha sonra çıxış edənlərdən rayon Prokroru Ariz Əliyev,“Kəlbəcər harayı“ qəzetinin baş redaktoru Zahid Muxtarov, rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırov, Mərkəzi Xəstəxananın baş həkimi Vaqif Kərimov, YAP rayon təşkilatının sədri Akif Əsgərov, tədbir iştirakçılarını, onların simasında Azərbaycan xalqını möhtəşəm bayram münasibəti ilə təbrik ediblər. Tədbirin yekununda bir qrup gəncə YAP-nın üzvülük vəsiqələri təqdim olunub.
Pərvin İsmayılova
Oxunma sayı 312