“Dövlət və din“ ictimai fikir toplusunun növbəti sayı işıq üzü görüb

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və din“ ictimai fikir toplusunun sentyabr-oktyabr sayı çapdan çıxıb. Dövlət başçısı İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbriki ilə açılan “Rəsmi guşə“də ölkə prezidentinin bu münasibətlə müsəlman ölkələrinin Bakıdakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini, fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Vatikanın ölkəmizdəki nunsisini qəbul etməsi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkil etdiyi iftar mərasimi, dövlət başçısının həmin mərasimdə iştirakı və çıxışı, Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlığı öz əksini tapıb. Jurnalın növbəti yeni rubrikası isə “Kitab öncəsi“ adlanır. Redaksiya bu rubrikanın ilki olaraq məşhur “Məhəmməd. İlk mənbələr əsasında onun həyatı“ adlı monoqrafiyanın ana dilimizə tərcüməsini dərc edib.
Vüsal
Oxunma sayı 125