Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı absurddur - Sahib Məmmədovdan "Ramil Səfərov işi"nə reaksiya  

12:41 27.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı həm də ona görə absurddur ki, əfv aktı da amnistiya aktı kimi cinayətin baş verməsini və əmələ görə cəzanı inkar etmir, məhkəmənin hökmünün səhv olması anlamı vermir və hökmü ləğv etmir. Belə olan halda əfv aktı konvensiyada eks olunan yaşamaq hüququnun nə maddi nə də prossual pozulması halı kimi qiymətləndirilə bilməz".

Bunu hafta.az-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib. Hüquqşünas bildirib ki, ümumiyyətlə əfv institutu müstəsna səlahiyyətdir. Aktı məhkəmənin mübahisələndirməsi isə nonsensdir: "Bəlkə də belə hallar olub. Amma bütün halda bağışlamaq aktı cinayət əməli törədən şəxsə münasibətdə əvvəlki qərarları inkar etmədiyi üçün onu konvensiyanın pozulması kimi qiymətləndirmək absurddur".

Sahib Məmmədovun sözlərinə görə, Macarstan məhkəmənin qüvvəyə minmiş hökmü ilə ömürlük cəza verilən şəxsi vətəndaşı olduğu ölkəyə qalan cəzasını çəkmək üçün verib: "Azərbaycan məhkəmələri isə işə yenidən baxmayıb, şəxsi vaxtından əvvəl şərti azad etməyib. Belə olan halda Konvensiyanın adı gedən maddələrinin maddi və ya prosessual baxımdan pozuntusu hardadır?! Biz işğal olunmuş ərazilərimizi azad etmək istəyiriksə, ilk növbədə "Roma statusuna" qoşulmaqla bağlı verilən təklifləri dərhal rədd etməliyik və Avropa Konvensiyasını denonsasiya etməliyik. İkisi birində alınmayacaq".

Oxunma sayı 868