Avropa bankları xilas etməyə çalışır

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
AVROPA rəsmiləri qitə boyu böhranla üzləşən bankları maliyyə yardımı ilə təmin etməyə çalışırlar. Son günlərdə Yunanıstanın defoltla üzləşməsi bir çox maliyyə təsisatlarında sarsıntılar yaşadıb. Avropanın ən güclü iqtisadiyyatına malik olan Almaniyanın dövlət başçısı Angela Merkel maliyyələşmə səylərinə dəstək verdiyini bəyan edib. O, lazım gələcəyi təqdirdə qitə boyu bankların əlavə vəsaitlərlə təmin olunacağını bildirib. Məqsəd bankların aldıqları dövlətlərə məxsus qiymətli kağızların düşmüş qiymətlərini ofset etməkdir. Beynəlxalq Valyuta Fondunun Avropa əməliyyatları üzrə direktoru Antonio Borges deyib ki, Avropa hökumətləri 2008-ci ildə ABŞ-ın etdiyi kimi bankların hesablarını doldurmağı planlaşdırırlar.

Oxunma sayı 80