Avropa Liqasında I təsnifat mərhələsinə bu gecə yekun vurulacaq - SİYAHI

14:32 18.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə yekun vurulacaq.

"Report" xəbər verir ki, üçüncü oyun günündə 43 qarşılaşma keçiriləcək.

Matçların yekununa əsasən, Azərbaycan təmsilçilərindən "Səbail" və "Qəbələ"nin növbəti mərhələdə potensial rəqibləri müəyyənləşəcək. "Səbail" Rumıniya "Universitatya"sını üstələsə, "Jalgiris" (Vilnüs, Litva) - "Honved" (Budapeşt, Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq. İlk matçda "Honved" qələbə qazanıb - 3:1.

Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Qəbələ"nin rəqibi isə böyük ölçüdə məlumdur. Gürcüstan "Dinamo"su Tbilisidəki ilk görüşdə Andorra "Enqordani"sini 6:0 hesabı ilə yendiyi üçün növbəti mərhələni demək olar ki, təmin edib.

Qeyd edək ki, "Neftçi" Moldova "Sperantsa"sını keçəcəyi təqdirdə, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Rusiyanın "Arsenal" (Tula) komandası ilə görüşəcək.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları

18 iyul16:00. “Tobol” (Qazaxıstan) – “Jeness” (Lüksemburq)
İlk oyun – 0:0


18:30. “Kayrat” (Qazaxıstan) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina)
İlk oyun - 2:1

18:30. "Makedoniya Qerçe" (Şimali Makedoniya) – "Alaşkert" (Ermənistan)
İlk oyun - 1:3

19:00. "Teuta" (Albaniya) – “Ventspils” (Latviya)
İlk oyun - 0:3

19:30. “İnter” (Finlandiya) – "Brondbü" (Danimarka)
İlk oyun - 1:4

20:00. "Universitatya" (Krayova, Rumıniya) – “Səbail” (Azərbaycan)
İlk oyun - 3:2

20:00. “Rovaniemi” (Finlandiya) – "Aberdin" (Şotlandiya)
İlk oyun - 1:2

20:00. “Levadiya” (Estoniya) – “Styarnan” (İslandiya)
İlk oyun - 1:2


20:00. “RFS Riqa” (Latviya) – "Olimpiya" (Sloveniya)
İlk oyun – 3:2

20:30. “Dinamo” (Minsk, Belarus) – “Liepaya” (Latviya)
İlk oyun - 1:1


20:30. "Levski" (Bolqarıstan) – "Rujomberok" (Slovakiya)
İlk oyun - 2:0

21:00. “Petrokub” (Moldova) – AEK (Kipr)
İlk oyun - 0:1

21:00. “Hoqesun” (Norveç) – “Kliftonvill” (Şimali İrlandiya)
İlk oyun - 1:0

21:00. "Apollon" (Kipr) – “Jalgiris” (Kaunas, Litva)
İlk oyun - 2:0

22:00. "Krakoviya" (Polşa) – “Dunayska Ştreda” (Slovakiya)
İlk oyun - 1:1

21:00. “Jalgiris” (Vilnüs, Litva) – "Honved" (Macarıstan)
İlk oyun - 1:3

21:00. “Neftçi” (Azərbaycan) – "Speranta" (Moldova)
İlk oyun - 3:0

21:00. "Zrinski" (Bosniya və Herseqovina) – "Akademiya Pandev" (Şimali Makedoniya)
İlk oyun - 3:0

21:00. “Milsami” (Moldova) – "Styaua", (Rumıniya)
İlk oyun - 0:2

21:00. “Torpedo” (Gürcüstan) – "Ordabasi" (Qazaxıstan)
İlk oyun - 0:1

21:00. “Vaduts” (Lixtenşteyn) – “Breydablik” (İslandiya)
İlk oyun - 0:0

21:30. "Hapoel" Beer-Şeva (İsrail) – "Laçi" (Albaniya)
İlk oyun - 1:1

21:30. “Enqordani” (Andorra) – "Dinamo" (Gürcüstan)
İlk oyun - 0:6

21:30. “Progres” (Lüksemburq) – “Kork Siti” (İrlandiya)
İlk oyun - 2:0

22:00. “Norçepinq” (İsveç) – “Sent-Patriks” (İrlandiya)
İlk oyun - 2:0

22:00. “Hibernian” (Malta) – “Şaxtyor” (Belarus)
İlk oyun - 0:1

22:00. “Vidi” (Macarıstan) – "Zeta" (Monteneqro)
İlk oyun - 5:1

22:00. "B-36 Torshavn" (Farer adaları) – “Kruzaders” (Şimali İrlandiya)
İlk oyun - 0:2

22:00. "Kukesi" (Albaniya) – "Debretsen" (Macarıstan)
İlk oyun - 0:3

22:00. "Hayduk" (Xorvatiya) - “Qzira” (Malta)
İlk oyun - 2:0

22:00. "Mura" (Sloveniya) – "Makkabi" Hayfa (İsrail)
İlk oyun - 0:2

22:30. "Şkupi" (Şimali Makedoniya) – “Pünik” (Ermənistan)
İlk oyun - 3:3

22:45. "Buduçnost" (Monteneqro) – “Trans” (Estoniya)
İlk oyun - 2:0

22:30. “Vitebsk” (Belarus) – “Kuopio” (Finlandiya)
İlk oyun - 0:2

22:45. "Domjale" (Sloveniya) – "Baltsan" (Malta)
İlk oyun - 4:3

22:45. “Spartak” (Trnava, Slovakiya) – “Radnik” (Bosniya və Herseqovina)
İlk oyun - 0:2


22:45. “Reyncers” (Şotlandiya) - “Sent Josefs” (Cəbəllütariq)
İlk oyun - 4:0

22:45. "Radniçki" (Serbiya) – “Flora” (Estoniya)
İlk oyun - 0:2

22:45. "Kilmarnok" (Şotlandiya) – “Konnak” (Uels)
İlk oyun - 2:1

22:45. “Ballumena” (Şimali İrlandiya) – “Malmö” (İsveç)
İlk oyun - 0:7

23:00. “Reykyavik” (İslandiya) – “Molde” (Norveç)
İlk oyun - 1:7

23:00. "Legiya"(Polşa) – “Europa” (Cəbəllütariq)
İlk oyun - 0:0

23:00. “Şemrok Rovers” (İrlandiya) – “Brann” (Norveç)
İlk oyun - 2:2

17 iyul
20:00. “Çixura” (Gürcüstan) – “Fola” (Lüksemburq) - 2:1
İlk oyun - 2:1

16 iyul
19:00. "Banants" (Ermənistan) – "Çukariçki" (Serbiya) - 0:5
İlk oyun - 0:3

21:00. “Klaksvik” (Farer adaları) – "Riterlai" (Litva) - 0:0
İlk oyun - 1:1

22:30. "Titoqrad" (Monteneqro) - MOİK (Sofiya, Bolqarıstan) - 0:0
İlk oyun - 0:4