Avstraliya işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımır

16:50 03.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda martın 31-də keçirilmiş qondarma "seçkilər"i tanımır.

Hafta.az-ın məlumatına görə, bunu Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun öz "Twitter"səhifəsində yazıb.

Səfir bildirib ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə dinc nizamlanmasında rolunu davam etdirməsi çox vacibdir.

Oxunma sayı 122
Siyasət rubrikasından digər xəbərlər