Avstraliya sahillərində zəlzələ olub

13:59 14.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstraliya sahillərində 6,8 bal gücündə zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Qərbi Avstraliya ştatı sahilləri yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.