Avstriya Azərbaycanlıları Cəmiyyəti yüz imkansız ailəni sevindirib - FOTO

21:07 12.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstriya Azərbaycanlıları Cəmiyyəti Qurban bayramı günündə yüz imkansız ailəni sevindirib.

Cəmiyyətin sədri Fərid Əzizovun verdiyi məlumata görə, hər il olduğu kimi, bu il də daxili imkanlar hesabına qurbanlıq qoyunlar alınaraq kəsilib və ölkənin Zaltsburq şəhərində məskunlaşan imkansız ailələrə paylanılıb: "Bu dəfə 10 qoyun alıb kəsdik və Suriyadan, Əfqanıstandan qaçqın düşüb Salzburqda düşərgələrdə məskunlaşan ailələrə payladıq".

F.Əzizov onu da qeyd edib ki, qurban payları cəmiyyətin əməkdaşları tərəfindən qaçqın düşərgələrinə aparılıb: "Bu xeyirxah missiyanı hər il həyata keçiririk. Yaxın və Orta Şərq ölkələrində müharibənin ağrılarını yaşayıb didərgin düşərək Avstriyada məskunlaşan yüzlərlə ailəni sevindiririk. Yüz ailənin hər birində azı 7-8 nəfərin olduğunu nəzərə alsaq, bu, 700-800 insan deməkdir. Biz nə ediriksə, dövlətimizin adından edirik və bu kimi xeyirxahlıq əməllərlə Azərbaycanın dünyada sülhsevər, humanist dövlət olduğunu bir daha nümayiş etdiririk".

Oxunma sayı 72