Avtomobil dayanacağında yanğın olub

19:56 14.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında “Nissan" markalı minik avtomobilinin 2 ədəd təkəri, mühərrik və salon hissəsi yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin güzgüsü əriyib. Hər iki avtomobilin qalan hissələri və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.