Avtomobil nəqliyyatı ilə ölkədən 1,1 milyon tondan çox yük göndərilib

15:40 16.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 1 milyon 115 min 799 ton yük ixrac olunub.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, bu nəqliyyat növü ilə ölkəyə gətirilən yüklərin həcmi isə 1 milyon 916 min 949 ton təşkil edib.