Avtomobil piyadanı vuraraq öldürüb

23:30 17.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin H.Əliyev prospektində baş verib. “VAZ 2107” markalı avtomobil yolu keçən şəhər sakini Elnur Mirzəliyevi vurub. Ağır kəllə-beyin travması alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.