Avtomobil qadını vuraraq ağır xəsarət yetirib

22:53 17.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, minik avtomobili rayon ərazisində yolu keçmək istəyən orta yaşlı Ayşən Quliyevanı vuraraq xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, qolun əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.