Avtomobil su kanalına aşıb, sürücü olüb

10:31 02.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Ərçivan kəndində "LADA" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 1383