Avtomobil yolu keçən piyadanı vurdu

14:29 06.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda avtomobil yolu keçən piyadanı vurub.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 20 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Nabran kənd sakini M.Orucov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini İslam Cəmiyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.