Avtomobildən külli miqdarda narkotik aşkarlandı

12:20 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbiri zamanı 1,5 kiloqramdan artıq psixatrop maddə və narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Nəsirov “Chevrolet Cruse” markalı avtomobillə Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Keçirilən axtarış zamanı M.Nəsirovun üzərindən 37 qram narkotik vasitə heroin, idarə etdiyi avtomobilindən isə 1 kiloqram 75 qram psixatrop maddə olan metamfetamin, 555 qram heroin aşkar edilərək götürülüb. Saxlanılar şəxs narkotik vasitəni “Qulam” adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.