Avtomobildən yararsız olan 110 kq mal əti götürülüb

14:12 12.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, növbəti belə tədbirlər avqustun 11-də Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib.

Şəhər sakini V.Manafovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 110 kiloqram iri buynuzlu mal əti aşkar edilərək götürülmüşdür.

Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq  laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.