Avtovağzal bayram günlərində gücləndirilmiş iş rejiminə keçir: 07:00-dan 19:30 qədər

11:42 08.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksi avqustun 7-dən 13-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Səhər saat 07:00-dan 19:30-a kimi avtobuslar hər yarım saatdan bir reysə çıxacaq.

Bu barədə hafta.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib. Bildirilib ki, bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı bütün zəruri tədbirlər görüləcək.

Eyni zamanda, sərnişinlər şikayət  və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı,  [email protected]  e-mail ünvanına və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “Facebook” səhifəsinə yazıb müraciət edə bilərlər.

Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək  əldə etmək mümkündür. “ Onlayn ” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az  saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qurumdan verilən məlumata görə, qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.