Ermənistanda hakim koalisiya parçalanır

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
ErmƏnistanın hakim koalisiyası bu həftənin sonu və ya gələn həftə ərzində dağılacaq. Bu haqda “Aravot“ qəzetinə etibarlı mənbələrdən bildiriblər. “Həftənin sonunda və ya gələn həftə hakim koalisiyanın iclası keçiriləcək. İclasda “Çiçəklənən Ermənistan“ partiyası koalisiyadan çıxdığını elan edəcək. Buna səbəb Serj Sarkisyanın liderlik etdiyi Respublika Partiyasının onlara seçim etmələrinə dair ultimatum verməsidir. Respublikaçılar “Çiçəklənən Ermənistan“dan Sarkisyanla Köçəryan arasında seçim etməsini istəyirlər“, - deyə məlumatda bildirilir. Xatırladaq ki, son zamanlar erməni KİV-də “Çiçəklənən Ermənistan“ın sabiq prezidenti Robert Köçəryana dəstək verərək onun böyük siyasətə qayıdışına çalışacağına dair xəbərlər yayılıb.
Azad
Oxunma sayı 124