Axtarışda olan şəxs narkotiklə tutuldu

22:45 09.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Oxunma sayı 35