Ay tutulması başa çatıb 

10:00 17.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ildə ikinci Ay tutulması başa çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından hafta.az-a verilən məlumata görə, tutulma saat 00:03-də başlayıb və təxminən saat 02:59 radələrində başa çatıb.

Ay tutulması Azərbaycanda da müşahidə olunub. Eyni zamanda, bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olub.

Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.