AYB-nin növbəti qurultayı nə zaman keçiriləcək? – Açıqlama

16:28 24.07.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti – 13-cü qurultayının vaxtı hələ ki, dəqiq deyil. Ola bilər ki, qurultay bu ilin sonlarında, yaxud gələn ilin mart-aprel aylarında baş keçirilsin”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib. AYB sözçüsü bildirib ki, bu barədə məlumat növbəti aylarda dəqiqləşəcək.

O, növbəti qurultayda hazırkı sədr Anarın namizədliyini verib-verməyəcəyi, sədr postuna namizədlərin olub-olmayacağı barədə də bir söz deməyib.

Qeyd edək ki, bir müddət öncə AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev növbəti qurultayın 2020-ci ilin martında keçiriləcəyini bildirmişdi. Məlumat üçün onu da əlavə edək ki, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu növbəti qurultayda sədrlik postu uğrunda seçkilərdə yazıçı Anara rəqib olacağını bildirmiş, namizədliyini irəli sürəcəyini söyləmişdi.