Ayı bəstəkarı çadırda yatdığı yerdə yedi

13:06 22.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yazdığı musiqidə təbiətdəki səslərdən istifadə etməsi ilə məşhurlaşan fransalı bəstəkar Julien Gauthier, yeni layihəsini icra etmək üçün getdiyi Kanadanın şimal-qərb bölgəsində ayının hücumuna məruz qalıb.

Hafta.az yazır ki, gecə çadırda yatdığı zaman içəri girən nəhəng boz ayı onu dişlərinə keçirərək naməlum istiqamətə sürüyüb. Xilasedicilər 44 yaşlı bəstəkarın parçalanmış cəsədini ertəsi gün tapa biliblər. 

Ayının bəstəkarı sürüklədiyini təhlükəsizlik qüvvələrinə, onunla birlikdə səyahət edən bioloq Kamilla Toskani xəbər verib. Toskani deyib ki, gecə yarısı boz ayı çadıra girib və bəstəkarı yatağından aparıb. Helikopterlərlə əraziyə gələn xilasedicilər bölgədəki bütün turistlər daha təhlükəsiz yerlərə köçürüblər. Hadisədən sonra axtarışa başlayan xilasedicilər tərəfindən iki boz ayı vurulub. Heyvanlardan götürüləcək qan nümunəsi Gauthierin DNA nümunəsi ilə tutuşdurulacaq və bu yolla bəstəkarıparçalayan ayı müəyyən ediləcək.  

Kanadalı zooloqlar bildiriblər ki, bölgədə ayılar insanlara çox nadir hallarda hücum edirlər. O da ki, insanlar tərəfindən narahat edildikdə. 

Xatırladaq ki, hələ 19 yaşında ailəsi ilə birlikdə Kanadaya köçən Gauthier, iki ildir "Brittany Senfoni Orkestr"də çalışırdı. O, ötən il pinqivinlərin səsini qeyd etmək üçün Antarktidanın Kerguelen adasında da tam beş ay qalıb və maraqlı musiqi əsəri yazmışdı. Həmin əsər Kanada ilə yanaşı Fransada da yayınlandıqdan sonra, o, dünyada məşhurlaşmışdı.