Ayı maşını qaçırıb qəza etdi - FOTO

14:54 09.07.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu qəribə olay ABŞ-ın Kolorado ştatında qeydə alınıb. Olayın təfərrüatları dərhal yerli polis bölməsi tərəfindən sosial şəbəkədə paylaşılıb. Bu dəfə baş vermiş qəzanın səbəbkarı cəzadan qurtularaq meşəyə üz tuta bilər.

Polislərin sözlərinə görə, qəzaya düşən maşının sahibi onlara müraciət edib. Araşdırmalardan sonra qəzanın baş verməsinin əsas səbəbinin maraqlı ayı olduğu üzə çıxıb.

Hafta.az The New York Post-a istinadla xəbər verir ki, maşının qapısının açıq olduğunu görən ayı yemək tapmaq ümidi ilə avtomobilin içinə daxil olub. Ayı qapının örtüldüyünü görüb, həyəcanlanıb. Hər yeri tərpətməyə başlayıb. Daha sonra isə təsadüfən avtomobil işə düşüb. Maşın 30 metr hərəkət etdikdən sonra ağaca çırpılıb.

"Qanunları pozan ayı maşına ciddi ziyan vurub. Qəzadan sonra isə qapı açıldığı üçün naməlum istiqamətdə yoxa çıxıb".