Ayn Şəms Universitetində Azərbaycan dili şöbəsinin açılması məsələsi müzakirə olunub

11:16 04.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin ən mötəbər universitetlərindən olan Ayn Şəms Universiteti ədəbiyyat fakültəsinin dekanı, professor Suzan əl-Kallini ilə görüşüb.

Hafta.az yazır ki, görüşdə ölkələrimiz arasında tarixi, mədəni və siyasi əlaqələrdən söhbət açılıb. S.Nəsirov xalqlarımız arasında əlaqələrinin  inkişafında  Azərbaycan dilinin tədrisinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildirərək, Azərbaycan dilinin tədrisinə verdiyi dəstəyə görə xanım Suzanaya öz təşəkkürünü bildirib. Diaspor sədri Azərbaycan dili və ədəbiyyatının tədrisində hər dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Xanım Suzan Azərbaycanın Misirlə dost və qardaş ölkə olduğunu bildirərək hər zaman Azərbaycan dilinin tədrisinə diqqət göstərdiyini bildirib. Hər bir dilin xalqlar arasında əlaqələrin inkişafında misilsiz rol oynadığını qeyd edib. 2018-ci ildə ədəbiyyat fakültəsi tərəfindən təşkil edilmiş beynəlxalq konfransa qatılmaq üçün, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidovu şəxsən dəvət etdiyini bildirib.

Görüşün ən əsas mövzularından biri Ədəbiyyat fakültəsində  Azərbaycan dili şöbəsinin açılması ilə bağlı olub. Dekan Azərbaycan dili şöbəsinin açılması fikrinə müsbət yanaşaraq və onun xalqlarımız arasında əlaqələrin inkişafında böyüyük tövhələr verəcəyini qeyd edib.

Sonra Ayn Şəms Universiteti ilə Nizami adına Ədəbiyyat İnstitutu arasında memurandumun imzalanması ilə bağlı müzakirələr aparılıb və Azərbaycan tərəfindən göndərilən təkliflər yazılı şəkildə təqdim olunub.

Görüşdə iştirak edən dekan müavini Tarek M.Muhammad ərəb dilini öyrənmək istəyən azərbaycanlılara hər dəstəyi verməyə hazır olduğunu deyib.

Oxunma sayı 57