AZAL daha 144 ölkə vətəndaşını vətənə qaytarıb

17:52 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları" QSC  (AZAL) Türkiyənin paytaxtı Ankaradan Bakıya çarter reysi həyata keçirib.

Hafta.az xəbər verir ki, bu haqda AZAL-dan bildirilib.

Məlumata görə, həmin reyslə 144 nəfər ölkə vətəndaşı vətənə qaytarılıb. Bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Oxunma sayı 2182
Siyasət rubrikasından digər xəbərlər