“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş iclas keçirilib

18:00 07.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın alt İşçi Qruplarının rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Nazirlər Kabinetindən hafta.az-a bildirilib ki, iclasda "2021-2025-ci illərdə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqların icra vəziyyəti, alt işçi qrupları tərəfindən görülən işlər və təqdim edilən alt-məqsəd və hədəflər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub.

Oxunma sayı 377